Türkiyədə iştirakını dayandıran klubların sayı 10-a çatdı
Türkiyədəki zəlzələ fəlakətindən sonra daha bir klub çempionatdakı çıxışını dayandırmağa qərar verib.
Komanda.az xəbər verir ki, 3-cü liqada mübarizə aparan “Elazığspor” da çəkilmə qərarı alıb.
Artıq klub bu qərarını Türkiyə Futbol Federasiyasına rəsmi olaraq çatdırıb. Komanda mövsümün qalan hissəsində oynamayacaq və hər oyunda texniki məğlubiyyət alacaq. Amma növbəti mövsümdən Elazığ təmsilçisi yenə eyni çempionatda iştirak hüququnu saxlayacaq.
Buna qədər daha 9 klub çempionatlardakı iştirakını dayandırdığını elan etmişdi. Super Liqada “Qaziantep” və “Hatayspor”, 1-ci liqada “Yeni Malatyaspor” və “Adanaspor”, 2-ci liqada “Adıyamanspor” və “Diyarbəkirspor”, 3-cü liqada isə “Malatya Arguvanspor”, “Kahramanmaraşspor” və “Osmaniyəspor” komandaları mövsümün qalan hissəsində meydana çıxmayacaq.
Bizi Facebook-da izləyin