Türkiyədə Hakimlər Komitəsinin yeni sədri bəlli oldu
Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni sədri bəlli olub.
Komanda.az xəbər verir ki, bu vəzifəyə Sabri Çelik təyin edilib. Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.
O, ötən ilin oktyabrında istefaya göndərilən Serdar Tatlını əvəzləyib.
Muhittin Boşat, Murat Ilqaz, Erol Ersoy, Orhan Erdemir, İsmet Arzuman, Hikmet Öksüzoğlu, İbrahim Çınar və Dursun Cumali Sucu isə MHK-ya üzv seçiliblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin