“Türkiyədə çox təlatümlü və xaoslu dövr yaşadım”
2018-ci ildə UEFA Çempionlar Liqasının finalında uğursuzluğa düçar olan Loris Karius “Liverpul”dan ayrılaraq “Beşiktaş”a keçmişdi.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, Türkiyə klubunda iki mövsüm keçirən almaniyalı qapıçı ordan müsbət notla ayrılmayıb. O, 5-6 ay maaş almadığını bildirib:
“Türkiyədə çox təlatümlü və xaoslu dövr yaşadım. 5-6 ay maaş almadım və hətta öz komandama qarşı məhkəməyə də getməli oldum. Bunun xoş bir şey olduğunu deyə bilmərəm. Amma lazım idi”.
“Beşiktaş”ın Kariusa borcu olub və o, pulunu almaq üçün klubu məhkəməyə verməyə məcbur qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin