Türkiyədə azərbaycanlı futbolçuların dueli “sülh”lə bitdi
Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçular Ramil Şeydayev və Vüsal İsgəndərlinin çıxış etdiyi komandalar üz-üzə gəlib.
Vüsalın oynadığı “Boluspor” öz meydanında Ramilin komandası “Kocaelispor”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Start heyətdə yer alan Vüsal 62-ci, Şeydayev isə 80-ci dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra “Kocaelispor” 43 xalla 3-cü, “Boluspor” isə 33 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin