
Türkiyə Super Liqası: Yeni mövsümün püşkü atıldı
Türkiyə Super Liqasının 2025/2026 mövsümünün püşkü atılıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçilərindən “Beşiktaş” ilk turda səfərdə “Kayserispor”la üz-üzə gələcək.
“Fənərbaxça” evdə “Alanyaspor”u sınağa çəkəcək.
Son çempion “Qalatasaray” isə səfərdə “Qaziantep”in qonağı olacaq.
8-ci turda “Qalatasaray” – “Beşiktaş”, 11-ci turda “Beşiktaş” – “Fənərbaxça”, 14-cü turda isə “Fənərbaxça” – “Qalatasaray” matçları keçiriləcək.
Super Liqada yeni mövsümə avqustun 8-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



