Del Pyero türk futbolçunu təriflədi

“Yuventus”un keçmiş futbolçusu Alessandro Del Pyero komandanın yeni “10 nömrə”sınin çıxışını şərh edib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, vaxtı ilə özünün daşıdığı 10 nömrəli formanı geyinən Kənan Yıldızı tərifləyib:

“Sənin üçün çox xoşbəxtəm, Kənan. Gənc oğlan mənim rekordumu qırdı. Və mən xoşbəxtəm, çünki o, yaxşı oyun oynadı. Həm də, mövsümə əla başlayıb və keçən il də yaxşı çıxış etdi”.

Kənan Yıldız dünən UEFA Çempionlar Liqasında PSV-yə qarşı oyunda (3:1) ilk qolu vurmaqla “Yuventus”un ən gənc qolçusu olub. Türk futbolçu əvvəllər Del Pyeroya məxsus olan və 19 ilə yaxındır ki, yenilənməyən rekordu qırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button