Türkiyə millisinin sabiq çalışdırıcısı vəfat etdi

Türkiyə millisinin keçmiş baş məşqçisi Özkan Sümer vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Xərçəngdən əziyyət çəkdiyi deyilən 80 yaşlı Sümer müalicə aldığı xəstəxanada vəfat edib.

Sümer məşqçilik karyerası ərzində “Konyaspor”, “Qalatasaray”, “Dənizlispor”, “Trabzonspor” kimi komandaları çalışdırıb. Bir dövr “Trabzonspor”un prezidenti də olmuş Sümer, klubun əfsanələrindən hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button