
Türkiyə millisindən ilk
Futbol üzrə Türkiyə milli komandası UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Rusiya yığmasına 3:2 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, bu oyun tərəflər üçün əlamətdar olub. Belə ki, Rusiya millisi tarixində ilk dəfə Türkiyəyə məğlub olub. İndiyədək tərəflər arasında 8 oyun keçirilib ki, onlardan 4-də Rusiya qalib gəlib, digər 3 oyun isə bərabərliklə başa çatıb. Sonuncu – 8-ci oyunda isə sevinən tərəf Türkiyə olub.
Qrupa 8 xalla Rusiya başçılıq edir. Türkiyə isə 6 xalla 3-cü pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin