Türkiyə millisində iki itki – heyətdən kənarlaşdırıldılar

Futbol üzrə Türkiyə milli komandası ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ın heyətində yarımmüdafiəçi Orkun Kökçü və müdafiəçi Mert Çetin zədə alıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə hər iki futbolçunun zədəsinin ciddi olması səbəbindən millinin düşərgəsindən ayrıldığı diqqətə çatdırılıb. Bu isə onların UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Rusiyaya qarşı oynamayacağından xəbər verir.

Qeyd edək ki, Türkiyə millisi noyabrın 15-də doğma meydanda Rusiya yığmasıyla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button