Türkiyə millisində ciddi itki

Futbol üzrə Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Cəbəllütariq və Monteneqro yığmalarına qarşı keçiriləcək oyunlardan əvvəl ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Cengiz Ündər bu oyunlarda komandasına kömək edə bilməyəcək.

Buna futbolçunun zədələnməsi səbəb olub. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Zədəsi ciddi olan oyunçu heyətdən çıxarılıb. Məşqçilər korpusu Cengizin əvəzində yığmaya “Qalatasaray”dan Barış Alper Yılmazı dəvət edib.

Cengiz Ündər hazırda Fransanın “Olimpik” (Marsel) komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button