“Türkiyə millisi bu qələbəyə layiq idi” – Daliç

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, səhvlərə yol verdiklərini və zəif oynadıqlarını deyib:

“Türkiyə millisi bu qələbəyə layiq idi. Mən onları təbrik edirəm. Əvvəldən zəif oynadıq və çoxlu səhvlərə yol verdik. Heç vaxt öz oyunumuzu tapa bilmədik və layiqincə məğlub olduq. Təbii ki, zədəli futbolçularımız var, amma bu bizim bəhanəmiz olmamalıdır. Hazırda əlimizdən gələni etməliyik, amma bu gün bunu etmədik.

Növbədə Uels yığması ilə oyunumuz var. Bu, bizim üçün həlledici oyun olacaq. Qalib gəlsək, uğur qazanacağıq. Düşünürəm ki, bugünkü məğlubiyyətdən sonra bəzi dəyişikliklər edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button