Türkiyə millisinin hücumçusunda koronavirus aşkarlandı
Türkiyə milli komandasının və Almaniyanın “Fortuna” klubunun futbolçusu Kenan Karamanda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Düsseldorf təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 27 yaşlı hücumçunun Türkiyə yığmasının düşərgəsindən qayıtdıqdan sonra verdiyi koronavirus testinin müsbət çıxdığı bildirilib. Karaman evində karantinə alınıb.
Türkiyə yığmasında bundan əvvəl 12 futbolçuda koronavirus aşkarlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin