AÇ-2020: “Çox məyusuq, üzr istəyirik” – Türkiyə millisinin üzvü
Türkiyə milli komandasının üzvü Umut Meraş AÇ-2020-nin ilk turunda İtaliyaya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Meraş, 0:3 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Bu oyun istədiyimiz kimi olmadı. Çox məyusuq, üzr istəyirik. Xalqımızı sevindirmək istəyirdik, lakin olmadı. Qarşıda iki oyun var. Buralara gəlmişik və inşallah, növbəti iki oyunda da qələbə qazanaraq, yolumuza davam edəcəyik. Bundan sonra daha yaxşı çalışacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin