Türkiyə millisinin sabiq üzvü “Bavariya”da
Türkiyə milli komandasının sabiq futbolçusu Halil Altıntop Almaniyanın “Bavariya” klubunda çalışacaq.
Komanda.az xəbər verir ki, keçmiş hücumçu Münhen təmsilçisinin 16 yaşadək futbolçulardan ibarət komandasında köməkçi-məşqçi kimi işləyəcək. Bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb.
Altıntop, futbolçu karyerasında Almaniyanın “Kayserslautern”, “Şalke”, “Auqsburq”, “Ayntraxt” (Frankfurt) kimi klublarında çıxış edib. Sabiq hücumçu son olaraq “Şvaben” klubunda baş məşqçilik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin