Luçesku “Beşiktaş”a “yox” dedi
Türkiyə milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku “Beşiktaş”dan idman direktorluğu üçün təklif aldığını deyib.
Komanda.az xəbər verir ki, 74 yaşlı mütəxəssis bu barədə Rumıniya mətbuatına danışıb. O, “Beşiktaş”ın təklifinə “yox” dediyini bildirib:
“Bir az futbola fasilə vermək istəyirəm. Yayda nə olacağını görəcəyik. “Beşiktaş”ın idman direktoru olmaq təklifini rədd etdim. Sonra nə olacaq, görəcəyik.
İnsanların idmana, yarışlara ehtiyacı var. Futbolla məşğul oluruq. Virus bitdikdən sonra futbolçuların əvvəlki formalarına çatması üçün azı iki həftə lazımdır”.
Luçesku 2002-2004-cü illərdə “Beşiktaş”ın baş məşqçisi olub. O, son olaraq Türkiyə yığmasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin