“Qalatasaray” darmadağınla finalda
Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Akhisarspor” doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Səfərdə minimal hesabla qalib gəlmiş akhisarlılar doğma meydanda da bu nəticəni təkrarlamaqla ilk finalçı olublar.
Xatırladaq ki, ötən mövsüm də finala vəsiqə qazanmış “Akhisarspor” həlledici oyunda “Fənərbaxça”ya qalib gələrək tarixində ilk dəfə Türkiyə kubokunun qazanmışdı.
Digər finalçının adına “Yeni Malatyaspor” – “Qalatasaray” matçında aydınlıq gəlib. Bu komandaların ilk duelində qapılara qol vurulmamışdı. Cavab matçı isə əksinə, bol qollu alınıb. Bütövlükdə 7 qolun qeydə alındığı qarşılaşmada İstanbul təmsilçisi darmadağına imza atmaqla həlledici oyuna vəsiqə qazanıb.
Türkiyə kuboku, yarımfinalın cavab oyunları
24 aprel
Akhisarspor – Ümraniyəspor 1:0 (ilk oyun 1:0)
Qol: Çikalleşi, 37.
25 aprel
Yeni Malatyaspor – Qalatasaray 2:5 (0:0)
Qol: Aleksiç, 45-pen. Mina, 89 – Linnes, 5. Fequli, 39. Onyekuru, 58; 74. Mitroqlu, 84.
Bizi Facebook-da izləyin