Super Liqa klubu yeni baş məşqçisini təqdim etdi

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Bundan sonra komandanı Hikmət Karaman çalışdıracaq. 61 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Karaman son olaraq “Yeni Malatyaspor”u çalışdırıb.

Cari mövsümdə Türkiyə Super Liqasında keçirdiyi 22 turdan sonra 18 xal toplayan “Ankaragücü” turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button