“Beşiktaş”ın prezidenti seçkilərdə namizəd olmayacaq
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi növbəti seçkilərdə namizəd olmayacaq.
Komanda.az “Fotomaç”-a istinadən xəbər verir ki, 64 yaşlı funksioner bu barədə açıqlamasında bildirib.
O, tərəfdarların hüzura və yeni enerjiyə ehtiyacının olduğu üçün bu addımı atdığını söyləyib.
“Beşiktaş”da prezident seçkiləri noyabrın 26-da baş tutacaq. Ahmet Nur Çebi 2019-cu ildən bu vəzifədə çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin