Türkiyə klubunun hücumçusu “Leyptsiq”ə keçib

Türkiyə klubu “Göztəpə”də çıxış edən Romulo Kardoso “Leyptsiq”ə keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə Almaniya təmsilçisi arasında müddəti 2030-cu ilə qədər olan müqavilə imzalanıb.

Transferin ümumi məbləği 20+5 milyon avro təşkil edib.

23 yaşlı hücumçu son mövsümdə Türkiyə çempionatında 29 oyuna çıxaraq, 13 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button