Türkiyə klubundan 3 yeni transfer
“Trabzonspor” heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sauthempton”un sol cinah vingeri Mislav Orşiçlə “Valyadolid”dən ayrılan Xoakin Fernandesi transfer edib.
İspaniya klubundan azad agent kimi ayrılmış Xoakinlə 2 illik müqavilə imzalanıb. İspaniyadan olan 27 yaşlı mərkəz müdafiəçisi yeni klubunda 2023/2024 mövsümündə 1,3 milyon, 2024/2025 mövsümündə isə 1,4 milyon avro qazanacaq.
Orşiç isə Trabzon klubu ilə 2+1 illik müqaviləyə imza atıb. “Trabzonspor” bu transferə görə “Sauthempton”a 2,4 milyon avro ödəyib. Xorvatiyadan olan 30 yaşlı vinger isə yeni klubunda mövsümünə 1,6 milyon avro qazanacaq.
“Trabzonspor” “Altınordu”nun 17 yaşlı qapıçısı Onuralp Çevikkanı da transfer edib. Trabzonlular bu transfer üçün İzmir klubuna 700 min avro təzminat ödəyiblər. Gənc qolkiperlə də 3 illik müqavilə imzalanıb. Qapıçı hər mövsümünə 300 min TL qazanacaq.
Bizi Facebook-da izləyin