Türkiyə klubunda yeni baş məşqçi

“Ankaragücü”nün yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Sedat Ağçay çalışdıracaq.

Türkiyə mətbuatının yazdığına görə, 41 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. O, bir müddət öncə uğursuz nəticələrə görə istefaya göndərilmiş Ömer Erdoğanı əvəz edib.

Ağçay futbolçu karyerasına məhz “Ankaragücü”də son qoyub və 2020-ci ildən bu klubda məşqçi kimi fəaliyyət göstərirdi.

“Ankaragücü” Super Liqada 21 oyuna topladığı 22 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button