Türkiyə klubunda ciddi itki – 5 ay oynamayacaq
Türkiyənin “Antalyaspor” komandası ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Alassane Ndao zədələnib.
Seneqaldan olan 25 yaşlı vinger Super Liqanın 9-cu turu çərçivəsində baş tutan “Konyaspor”la ev oyununda sıradan çıxıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, zədəsi ciddi olan futbolçu azı 5 ay yaşıl meydanlardan kənarda qalacaq.
Alassane Ndao bu mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan icarə əsasında “Antalyaspor”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin