“Fənərbaxça”da ciddi itki
“Fənərbaxça”nın aparıcı futbolçusu Fred bir aydan çox komandasına kömək edə bilməyəcək.
Komanda.az “TRT spor”-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Super Liqanın 21-ci turunda “Samsunspor”la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib.
Bu gün tibbi müayinədən keçən 30 yaşlı oyunçuda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.
Fred cari mövsümdə bütün turnirlərdə 21 oyun keçirib, 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin