Türkiyə klubunda baş məşqçi istefası
Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Tolunay Kafkası istefaya göndərib.
Komanda.az Super Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə rəhbərlik arasında baş tutan görüşündə belə bir qərar qəbul olunub. İstefaya paytaxt komandasının ölkə çempionatının ilk 7 turunda uğursuz çıxış etməsi səbəb olub.
Son olaraq “Qalatasaray”a 1:2 hesabı ilə uduzan “Ankaragücü” 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin