Türkiyə klubunda baş məşqçi istefası
Türkiyənin “Rizəspor” klubunun baş məşqçisi Hamza Hamzaoğlu istefa verib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis “Başakşəhər”ə 0:2 hesabı ilə uduzduqları 26-cı turun matçından sonra postundan ayrılıb.
Hamzaoğlu 2021-ci ilin sentyabrından “Rizəspor”a rəhbərlik edirdi.
Komanda 26 oyundan sonra 23 xalla 18-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin