Türkiyə klubu “Sabah”dan ayrılan futbolçunu istəyir

“Trabzonspor” klubu 2022/23 mövsümündə icarə əsasında çıxış etdiyi “Sabah”dan ayrılan ukraynalı futbolçu Aleksey Kaşuku transfer etmək niyyətindədir.

Komanda.az “Fotospor”-a istinadən xəbər verir ki, Qara dəniz təmsilçisinin çalışdırıcısı Nenad Belitsa 23 yaşlı yarımmüdafiəçinin keçidi üçün rəhbərliyə müraciət edib.

U-21-lər arasında keçirilən Avropa çempionatında Ukrayna – Xorvatiya (2:0) matçını tribunadan izləyən mütəxəssis Kaşukun çıxışına heyran qalıb. Türkiyə klubu Ukraynanın 2:0 qalib gəldiyi görüşdə bir qola imza atan oyunçu üçün müqavilə ilə məxsus olduğu “Şaxtyor”a (Donetsk) təklif göndərəcək.

İngiltərənin “Sauthempton” klubunun yarımmüdafiəçisi Mislav Orsiçlə bağlı danışıqların uğursuz nəticələnməsi trabzonluların diqqətini Kaşuka yönəltmələrinə səbəb olub.

“Sabah” da ötən mövsüm icarə əsasında komandada forma geyinən Aleksey Kaşuku yenidən icarəyə götürmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button