
Türkiyə klubu məşhur futbolçunu transfer edir
“Çelsi”nin fransalı yarımmüdafiəçisi Timo Bakayoko qış transfer pəncərəsində “Adana Dəmirspor”a keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə artıq 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşma əldə edilib.
O, Türkiyə klubuna pulsuz keçəcək. Amma gələcəkdə satılarsa, ondan “Çelsi”yə faiz ödəniləcək.
Bakayokonun sabah müqavilə imzalayacağı güman olunur. Futbolçunun yanvarın 25-dən 26-na keçən gecə Türkiyəyə gələcəyi qeyd edilir.
Bakayoko icarə əsasında “Milan”da oynayırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin