Türkiyə klubu Semedo ilə danışıqlara başlayıb

“Fənərbaxça” müdafiəçi Nelson Semedo ilə müqavilə imzalamaq üçün rəsmi danışıqlara başladığını açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu müqavilə şərtlərini müzakirə etmək və tibbi müayinədən keçmək üçün yaxın günlərdə İstanbulda olacaq.

Semedo iyulun 1-dən etibarən “Vulverhempton”la müqaviləsinin müddəti başa çatması ilə azad agent statusuna keçib. O, 2024/25 mövsümündə İngiltərə klubunun heyətində 37 oyunda meydana çıxaraq, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliyalı futbolçunun karyerasında “Barselona” və “Benfika” kimi klublar da yer alır. Daha əvvəl “Marsel” onunla maraqlansa da, razılıq əldə olunmamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button