“Fənərbaxça”nın hədəfi: İngiltərəli futbolçu

“Milan” və “Fənərbaxça” Belçikanın “Gent” klubunun müdafiəçisi Arçi Braunu transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki klub ingilərəli futbolçu ilə bağlı “Gent”lə danışıqlar aparır.

22 yaşlı müdafiəçi üçün tələb olunan qiymət 8 milyon avrodur. Yaxın vaxtlarda yekun qərarın veriləcəyi gözlənilir. Yaxın saatlarda daha çox danışıqlar aparılacaq.

Braun son mövsümdə Belçika çempionatında “Gent”in heyətində 32 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button