Türkiyə klubu “Mançester Siti”nin qapıçısı ilə anlaşıb

“Mançester Siti”nin qapıçısı Ederson Moraes “Qalatasaray”a transfer oluna bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün braziliyalı qolkiperin keçidi ilə bağlı danışıqlarda həlledici mərhələ yaşanacaq.

Türkiyə təmsilçisi əvvəlki 7-8 milyon avro + bonuslar formasında təqdim olunan təklifin İngiltərə klubunu qane etmədiyini nəzərə alaraq, məbləği artırmağa hazırlaşır. Bildirilir ki, “Qalatasaray” artıq Edersonla şəxsi razılığa çoxdan nail olub.

31 yaşlı qapıçı 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. O, son mövsümdə bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 54 top buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button