Türkiyə klubu “Fiorentina”nın hücumçusunu icarəyə götürmək istəyir
Rusiyalı futbolçu Aleksandr Kokorin karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Komanda.az “sport24”-ə istinadən xəbər verir ki, “Fatih Karagümrük” rusiyalı hücumçu ilə maraqlanır və icarə variantını nəzərdən keçirir. Türkiyə klubu futbolçunun özündən və məxsus olduğu “Fiorentina”dan qərar vermələrini gözləyir.
Kokorin ötən mövsüm icarə əsasında Kipr “Aris”inin heyətində çıxış edib və çempionatın ən yaxşı oyunçusu olub.
Rusiyalı yarımmüdafiəçi Maqomed Ozdoyev də “Fatih Karagümrük”də çıxış edir. Daha əvvəl klubun Andrey Lunev və Danil Kruqovoyla maraqlandığı haqda məlumat yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin