Türkiyə klubu Donnarumma ilə maraqlanır

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.

İtaliya millisinin qapıçısı ilə “Qalatasaray” ciddi şəkildə maraqlanır. Transferin reallaşmasına təsir edə biləcək əsas amillərdən biri odur ki, Donnarummanın PSJ ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq. Paris klubu isə müqavilənin şərtlərini yenidən nəzərdən keçirmək niyyətindədir, çünki ona illik 12 milyon avro maaş ödəməyə artıq hazır deyillər.

25 yaşlı Donnarumma son mövsümdə PSJ ilə UEFA Çempionlar Liqasının, Fransa çempionatının və ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button