Türkiyə klubu Dadaşovu icarəyə götürmək istəyir
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə yerli “Sports Digitale” məlumat yayıb.
Birinci Liqa təmsilçisi “Ərzurumspor” 25 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.
Artıq oyunçunu icarəyə götürmək üçün İsveçrənin “Qrasshopper” klubu ilə danışıqlara start verilib.
Dadaşov ötən mövsüm icarə əsasında “Hatayspor”un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin