Türkiyə klubu Dabonu transfer etdi

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Burkina Faso yığmasının yarımmüdafiəçisi Brian Dabonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Dabo peşəkar karyerasına “Monpelye”də başlayıb. Sonralar “Sent-Etyen”, “Fiorentina”, SPAL klublarında forma geyinmiş futbolçu, geridə qalan mövsümü “Benevento”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button