Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Hakan Keleşlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin sözçüsü Yunus Derabağ açıqlama verib.

O, rəhbərliyin bu qərarı qəbul etdiyini söyləyib. Klub rəsmisi yeni baş məşqçi ilə bağlı axtarışlara başladıqlarını vurğulayıb.

“Konyaspor” ötən gün Super Liqada “Fənərbaxça”ya 1:7 hesabı ilə uduzub. Komanda 19 turdan sonra turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button