“Neftçi”nin futbolçusunu aldadıblar
“Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzov Türkiyə klublarının təmsilçiləri ilə uğursuz danışıqlarından danışıb.
Komanda.az “Championship”-ə istinadən xəbər verir ki, o, çox təkliflər aldığını və bunların əsasının Türkiyədən olduğunu deyib:
“Mən bacardığım hər kəslə danışıqlar apardım. 90-a yaxın adam mənimlə əlaqə saxladı, hər kəs müxtəlif variantlar təklif etdi. Əsas təkliflər Türkiyədən idi və mən özüm ora getmək istəyirdim. Bir neçə dəfə o qədər yaxın oldu ki, artıq çantalarımı yığırdım, amma alınmadı – insanlar məni aldatdılar: “Sivasspor”, “Konyaspor”. Sözlə desək, Türkiyədə klubların yarısı siyahıda idi, lakin onların agentləri ilə dəqiqliyə varmaq çətindir”.
Əvvəllər “Spartak” və “Ximki”də çıxış edən 30 yaşlı futbolçu 2023-cü ilin sentyabrında azad agent kimi “Neftçi” ilə müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin