“Dövlətlərimiz arasında razılaşma olarsa, bəlkə, azərbaycanlı futbolçuları Türkiyə yığmasında oynadarıq”
Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir maraqlı açıqlama verib.
Komanda.az “detaykıbrıs.com” saytına istinadən xəbər verir ki, Özdəmir, azərbaycanlı futbolçuların Türkiyə çempionatlarında oynamasını arzuladığını deyib:
“Azərbaycanlı qardaşlarımızın Türkiyə çempionatlarında oynamasını arzulayırıq. Dövlətlərimiz arasında razılaşma olarsa, bəlkə, azərbaycanlı futbolçuları Türkiyə yığmasında oynadarıq. Onları yerli çempionatlarda da legioner kimi yox, türk futbolçular kimi oynadarıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin