Türkiyə çempionu 2 yeni hücumçu transfer etdi

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Valensiya” klubundan Maksi Qomesi, Fransa “Loryan”ından isə Umut Bozoku transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Umut Bozok 3, Maksi Qomes isə 3+1 illik müqaviləyə imza atıb. Trabzon klubu uruqvaylı hücumçunun transferinə görə “Valensiya”ya 3 milyon avro ödəyib. Futbolçunun sonrakı satışından da 25 faiz pay İspaniya klubuna çatacaq. Türkiyəli forvardın transferi ilə bağlı detallar isə məlum deyil.

Maksi Qomes 2019-cu ildən “Valensiya”da çıxış edirdi. O, La Liqa təmsilçisində 109 oyuna 23 qol vurub. Uruqvaylı hücumçu daha öncə “Selta” və “Defensor Sportinq” klublarının da formasını geyinib. 26 yaşlı futbolçu Uruqvay yığmasında 27 oyuna çıxıb, 4 qola imza atıb.

Umut Bozok da 2019-cu ildən “Loryan”da idi. O, Liqa 1 təmsilçisində cəmi 25 oyuna çıxıb, 4 qol vurub. 25 yaşlı hücumçu 2021-ci ildə “Trua”da, ötən mövsüm isə “Kasımpaşa”da icarədə oynayıb. Türkiyəli hücumçu bu komandanın heyətində 41 oyuna vurduğu 20 qolla Super Liqanın bombardiri olmuşdu. Fransada dünyaya göz açmış Umut, bu ölkədə “Mets”, “Atletiko” (Marsel) və “Nim”in də formasını geyinib. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə forma şansı qazanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button