
Türkiyəyə yola düşdülər
Gənclərdən ibarət idman gimnastikası üzrə Azərbaycan millisi martın 29-da Türkiyənin Antalya şəhərində start götürəcək 2-ci dünya çempionatına yollanıb.
Komanda.az xəbər verir ki, yarışda ölkəni Rəsul Əhmədzadə, Anar Həsənov, Dəniz Əliyeva, Duyğu Məcizzadə və Aytən Məmmədova təmsil edəcək.
Qitə çempionatı aprelin 2-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin