Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Yeni Malatyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Marius Şumudiça çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumıniyalı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
“Yeni Malatyaspor” Super Liqada hazırda 15-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin