“Trabzonspor” Polşa millisinin üzvü ilə gücləndi
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Yunion” klubundan Timoteuş Puxaçı transfer edib. Bu barədə “Trabzonspor”un baş məşqçisi Abdullah Avcı yerli mətbuata açıqlamasında deyib.
O, 22 yaşlı cinah müdafiəçisi ilə razılaşdıqlarını və futbolçunun Türkiyəyə gələrək, klubla rəsmi müqavilə imzalayacağını bildirib.
Timoteuş Polşa milli komandasının da üzvüdür. Müdafiəçi bu mövsüm “Yunion”la 7 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin