Super Liqa klubunda baş məşqçi ayrılığı

Türkiyənin “Rizəspor” komandasında baş məşqçi Marius Şumudiça ilə yollar ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şumudiça ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Rumıniyalı mütəxəssis bu il yanvarın 26-da “Rizəspor”da baş məşqçi postuna gətirilmişdi. Qaradəniz təmsilçisi Super Liqada 16-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button