“Everton”un keçmiş futbolçusu Super Liqanı seçdi
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Yannik Bolasini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Bolasinin son klubu İngiltərə “Midlsbro”su olub. Yarımmüdafiəçi daha əvvəl bu ölkədə “Plimut”, “Everton”, “Aston Villa” kimi komandalarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin