Super Liqa klubunda baş məşqçiylə yeni müqavilə

Türkiyənin “Qaziantep” klubu baş məşqçisi Marius Şumudiça ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Şumudiça ilə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2019-cu ilin iyunundan “Qaziantep”i çalışdıran Şumudiçanın əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.

“Qaziantep” Super Liqada 9 turdan sonra 12 xalla 10-cu sırada yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button