“Qalatasaray”ın 3 futbolçusunda koronavirus aşkarlandı
Türkiyənin “Qalatasaray” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, əsas komandanın üç futbolçusunda koronavirus aşkarlandığı bildirilib. Virusa yoluxan futbolçuların adları açıqlanmayıb və onlar karantinə alınıblar.
“Qalatasaray” Türkiyə Super Liqasında 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin