
“Qalatasaray”a koronavirus şoku
Türkiyənin “Qalatasaray” klubunun bir üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bütün heyət üzvlərindən və işçilərdən götürülən testlər nəticəsində klubun bir əməkdaşında koronavirus aşkarlanıb. Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb.
Koronavirus testi müsbət çıxan şəxsin adı açıqlanmayıb və karantinə alınıb. “Qalatasaray” klubunun məşqləri 6 günlük dayandırılıb.
Bundan əvvəl “Fənərbaxça” və “Beşiktaş” klublarının üzvlərində də koronavirus aşkarlanmışdı.
“Qalatasaray”da daha əvvəl Fatih Terim koronavirusa yoluxmuş, daha sonra isə sağalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin