“Qalatasaray” Ukraynadan hücumçu alır
Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsi dövründə heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Ukraynanın “Dnepr” klubunda çıxış edən Artyom Dovbiki transfer etmək niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Qalatasaray” əvvəlcə Dovbiklə razılaşıb, daha sonra klubu ilə danışıqlara başlamaq niyyətindədir.
Bu mövsüm “Dnepr”lə 18 oyunda 14 qol vuran 24 yaşlı hücumçu Ukrayna yığmasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin