Uruqvay millisinin üzvü “Qalatasaray”a keçir
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, “sarı-qırmızı”lar “Leyptsiq”dən Marselo Saraççini transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Qalatasaray”ın 22 yaşlı müdafiəçinin icarəsi üçün “Leyptsiq”lə razılaşdığı bildirilir.
“Qalatasaray” Saraççi üçün “Leyptsiq”ə heç bir məbləğ ödəməyəcək. Super Liqa təmsilçisi uruqvaylı müdafiəçinin yalnız illik məvacibini verəcək.
2018-ci ilin iyulunda “Leyptsiq”ə keçən Saraççi bu mövsüm Bundesliqada 4 oyuna çıxıb. Müdafiəçi Uruqvay milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin