“Qalatasaray”dan Falkaoya: Özünə klub tap!

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Radamel Falkao ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin prezidenti Burak Elmas kolumbiyalı hücumçuya özünə yeni klub tapmasını bildirdiklərini açıqlayıb:

“Falkao ilə danışdım. Onun bizimlə müqaviləsi var. Ancaq biz onun məvacibini ödəyə bilməyəcəyik Buna görə özünə yeni klub tapmasını bildirmişik”.

Falkao 2019-cu ilin sentyabrından “Qalatasaray”da çıxış edir. O, bu komanda ilə 41 oyunda 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button