“Qalatasaray” kapitanı ilə müqaviləni yenilədi – rəsmi
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Fernando Musleranın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, “sarı-qırmızılar” uruqvaylı qapıçı ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir. 34 yaşlı futbolçu “cim-bom”un kapitanıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin